İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları 
qəbul edib. Qəbulda 24 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər 
növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə 
təmin olunma, maddi yardım, ev təmirinə köməklik, sahibkarlıq üçün torpaq sahəsinin 
ayrılması, bələdiyyədən icarəsinə torpaq sahəsinin ayrılması, subartezian quyusunun 
təmiri, suvarma kanalına qapıların qoyulması, sahibkarlıq obyektinin sənədləşdirilməsi, 
pay torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. 
Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin 
səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı 
isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının 
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham 
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını 
bildiriblər.
Tarix: 14-02-2023, 23:26
Xəbəri paylaş





Xəbər lenti