Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində ilk ağacəkmə aksiyası keçirilib


Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 
Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Umummilli 
Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə 
dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər 
keçirilir.

Həmin Tədbirlər Planına əsasən  fevral ayının 14-də rayon icra kakimiyyətinin 
təşkilatçılığı ilə  şəhərin Heydər Əliyev prospektində ilk ağacəkmə aksiyası keşirilib. 
Aksiyadan öncə prospektdə abadlıq işləri aparılıb, telekommunikasiya xətləri qaydaya 
salınıb, gecə işıqlandırılması lampaları yenisi ilə əvəz olunub.
Aksiya çərçivəsində Umummilli Liderin adını daşıyan prospektdə ilkin olaraq 100 ədəd 
şam ağacı, eyni zamanda Heydər Əliyev prospektində, Şıxəli Qurbanov küçəsində və 
Sabir parkında 5 min ədəd həmişəyaşıl təkgöz kolu əkilib.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 
”Heydər Əliyev ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının ekoloji tarazlığın  
qorunmasında mühim rol oynadığını, Ulu Öndərin Azərbaycanın -  doğma Vətənimizin  
hər qarışına verdiyi dəyərin unudulmadığını, daim yaşayacağını təbliğ etdiyini bildirib.
Tarix: 14-02-2023, 23:45
Xəbəri paylaş





Xəbər lenti