Qazaxın başçısı zəlzələ ilə bağlı özünü rüsvay elədi – FAKT
Qazaxın icra başçısı Rəcəb Babaşov özünü biabır edib. Reportyor.info xəbər verir ki, rayon rəhbəri Türkiyədə zəlzələdən zərər çəkənlərlə Azərbaycanda yaşayan axıska türklərini səhv salıb. Fevralın 13-də İH başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və deputat Səməd Seyidovun köməkçisi Akif Əmirovla birlikdə Qazaxın Orta Salahlı kəndində yaşayan Axıska türkləri ilə görüşüb. “Özümə borc bildim ki, bu gün gəlib sizlərlə görüşüm, dərdinizə şərik olum”, – deyən icra başçısı Türkiyədə baş vermiş zəlzələdə həlak olanlarla bağlı başsağlığı verib. İcra başçısı qarışdırıb ki, axıska türkləri Anadolu türkləri deyil və Qəhrəmanmaraşda zəlzələdə həyatını itirənlər arasında axıska türkləri yoxdur. O halda icra başçısı onlara niyə başsağlığı verib? Əslində R.Babaşov bütün Türk dünyasına başsağlığı verə bilərdi, amma Qazaxın kəndinə gələrək axıska türklərinin dərdinə şərik oduğunu bildirib. Hətta ətrafındakılar da ona izah etməyiblər. Görünür ki, icra başçısı məlumatsızdır, ya da yanlış anlayıb.
Tarix: 15-02-2023, 14:08