Zaqatalada YAŞILLIQLARI KİM MƏHV EDİR? - "Bu işin arxasında hansısa məmur dayanır..."


Zaqatala rayonunda yaşıllıqlar məhv edilir. DİA.AZ bildirir ki, bu barədə videoşikayət edən rayon sakini 32 ağacın qanunsuz olaraq məhv edildiyini iddia edir.

"İllərlə bu ağacların yetişdirilməsinə dövlətin gücü və pulu sərf olunub" deyən narazı Zaqatala sakini bildirir ki, bu ağacların qırılması nəticəsində tikilən obyekt sadə bir adama məxsus deyil.

Narazı vətəndaş bildirir: "Reyestr idarəsinin qarşısında əgər qanunsuz tikili aparılırsa, yaşıllıq məhv edilirsə, deməli, bu işin arxasında elə-belə adam dayanmır".

Daha ətraflı aşağıdakı videoda:



DİA.AZ bildirir ki, sözügedən videogileylə bağlı yerli RİH də mövqe açıqlamasında bulunub. İcra hakimiyyətinin olaya reaksiyasında deyilir:

"Qeyd olunan ərazidə 2007-ci ildə yaşıllıq zolağı salındığı zaman həmin ərazidə xidmət sahəsi üçün yer ayrılmışdır. Əvvəlki illərin peyk görüntülərinə baxsanız həmin yerdə yaşıllıq zolağının olmadığı aşkar görünür. Hazırda ərazidə tikilən iaşə obyekti həmin xidmət sahəsində tikilir və tikintisi zamanı ətrafdakı ağacların kəsilməsinə yol verilməmişdir".

Görünəni odur ki, Zaqatala RİH ağacların kəsilmədiyini bildirir. Vətəndaş isə bunun əksini iddia edir. Hər halda, gərəkən qurumlar bu faktı araşdırmalıdır...


Tarix: 22-02-2023, 13:10
Xəbəri paylaş





Xəbər lenti