Rayon rəhbəri şəhid Mehdiyev Yasən Alim oğlunun ailəsi ilə görüşüb


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi 
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən 
Abdullayev, YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, ilə birlikdə 
rayonun Nizami küçəsində şəhid Mehdiyev Yasən Alim oğlunun ailəsi ilə görüşüb, onların 
problemləri və qayğıları ilə maraqlanıb.

Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş 
sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək 
olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları 
sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad 
olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini 
bildirib.
İcra başçısı qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda 
aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti 
cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman 
şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Qeyd edək ki, Mehtiyev Yasən 19 yaşında şəhidlik zirvəsinə ucalıb. O, 44 günlük Vətən 
müharibəsində oktyabr ayının 23-də Xocavənd uğrunda gedən döyüşlərdə 
qəhrəmancasına şəhid olub, oktyabrın 24-də rayonun Sarcalı kəndində dəfn olunub. 
Xatirəsini əbədiləşdirmək məqsədilə anadan olduğu küçədə onun adına xatirə bulağı inşa 
edilib.
Şəhid Mehtiyev Yasən Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad 
olunmasına görə”  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 
Yasənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan 
Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 23-02-2023, 18:22
Xəbəri paylaş





Xəbər lenti