Tərtərdə Vətən müharibəsi iştirakçısı Qarazadə Əlinin toy mərasimi keçirilib


Tərtər rayonunun Qaradağlı kəndindən olan Vətən müharibəsi iştirakçısı, Xüsusi 
Təyinatlı Qüvvələrin mənsubu Qarazadə Əli Ramil oğlunun toy mərasimi keçirilib. 

Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı 
Müstəqim Məmmədov, Milli Məclisin Deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi 
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən 
Abdullayev, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində 
çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat 
arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab 
İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan Əli kimi igid oğlulların 
sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. 
Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib, 
vətənpərvər oğul böyütdükləri üçün Əlinin valideynlərinə öz minnətdarlığını bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, 
onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin 
bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların 
problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid 
ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin 
prioritetlərindən olduğunu qeyd edib.
Milli Məclisin deputatı Sahib Alıyev də gəncləri təbrik edərək onlara xoşbəxtlik 
arzulayıb. Vətən müharibəsində tərtərlilərin düşmənə bir sipər olduğunu, daim 
yaşayış məntəqələrinin atəşə tutulmasına baxmayaraq öz ev-eşiklərini tərk 
etmədiklərini bildirib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş 
arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Qarazadə Əli Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən 
müharibəsi iştirakçısı", "Şücaətə görə", "Döyüşdə fərqlənməyə görə", “Kəlbəcərin 
azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad 
olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad 
olunmasına görə”” medalları ilə təltif olunub.
Tarix: 26-02-2023, 10:09
Xəbəri paylaş





Xəbər lenti