İcra Başçısı növbəti dəfə vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə
vətəndaşları qəbul edib. Qəbulda 38 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri
və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla,
işlə təmin olunma, maddi yardım, sahibkarlıq, həyatyani və əkin üçün torpaq sahəsinin
ayrılması, mənzil növbəsinin tezləşdirilməsi, suvarma suyu ilə təminat, evlə təmin
olunma, müalicə və dərmanlarla təmin olunma və digər şəxsi məsələlərlə bağlı
müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra
hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər
müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu
təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
bildiriblər.
Tarix: 28-02-2023, 18:01