Saatlı rayonunda ACINACAQLI MƏNZƏRƏ - Dədə Qorqudun adına yaraşanı BUDUR?


Bura Saatlı rayonu Dədəqorqud kənd uşaq bağçasıdır. Kənd sakini Cavanşir Abbasov deyir ki, uşaq bağçasının binası təxminən 50 il öncə inşa edilib.

C.Abbasov iddia edir ki, 2021-ci ildə uşaq bağçasının təmiri üçün Saatlı rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən pul ayrılıb. Amma həmin vəsait mənimsənilib. Dədəqorqud kəndinin icra nümayəndəsi Elay Alışlı isə, əksini deyir:

“Yox, 2021-ci ildə bağça icra nümayəndəliyinin tabeçiliyində olub, pul ayrılmayıb.”

Bina istifadəyə verildiyi gündən bəri təmir olunmamışdır. Amma cari ilin may ayınadək həmin təhsil müəssələrinin monitorinqi başa çatdırılıb, təmir işlərinə başlanılacaq. məsələ ilə bağlı toplum tv-nin sorğusuna Təhsil nazirliyindən belə cavab verilib.

Hələ ki, Dədəqorqud kəndinin uşaqları bu uçuq-sökük divarlar arasında təhsil almağa davam edəcək.

Toplum TV



Tarix: 1-03-2023, 09:21
Xəbəri paylaş





Xəbər lenti