Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib


Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında”
Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Umummilli
Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair
Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən mart ayının 1-də rayon icra
kakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə,
Şıxəli Qurbanov, Mahir Əsədov, küçələrində və “Sabir” parkında növbəti ağacəkmə
aksiyası keşirilib.

Bu barədə SİAM.AZ-a yerli RİH-dən xəbər verilib.
Aksiyada rayon icra hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İƏD
üzrə nümayəndələr və şəhər sakinləri iştirak ediblər.
Aksiya çərçivəsində 700 ədəd eldar şamı, 1000 ədəd qızılgül və 100 min ədəd
həmişəyaşıl təkgöz kolu əkilib.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər
Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin
edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq rayonun kənd yaşayış məntəqələrində də
ağacəkmə aksiyasına start verilib.

Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

 
Tarix: 1-03-2023, 16:21
Xəbəri paylaş





Xəbər lenti