Rayon rəhbəri Vətən Müharibəsi qazisi Abbaslı Sadiqin ailəsi ilə görüşüb



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə 
orqanlarının rəhbərləri,  YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrlərilə 
birlikdə Azad Qaraqoyunlu kəndində 3-cü dərəcəli Vətən  müharibəsi əlili Abbaslı Sadiq 
Rəfayıl oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, Talış və Suqovuşan 
kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edən N saylı əlahiddə kəşfiyyat 
taborunun müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu Sadiqin keçdiyi döyüş 
yolundan danışıb.
 Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham 
Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Sadiq kimi igid oğulların 
sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi  bütövlüyümüzün bərpası 
yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
Qeyd olunub ki, Sadiq Abbaslı Azərbaycan Respublikası Prezidenti cənab İlham 
Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşcü”, “Suqovuşanın azad olunmasına 
görə”, “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının Baş naziri Əli 
Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Onun xoşbəxt ailəsi, 1 oğlu var.
Abbaslı Sadiq şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə 
 Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Tarix: 2-03-2023, 22:27
Xəbəri paylaş





Xəbər lenti