Rayon rəhbəri Azad Qaraqoyunlu kəndində yeni məktəb binasının tikintisi ilə tanış olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azad 
Qaraqoyunlu kəndində yeni məktəb binasının tikintisi ilə yerində tanış olub, 
tövsiyyə və tapşırıqlarını verib.
Qeyd edək ki, 320 şagird yerlik Azad Qaraqoyunlu kənd tam orta 
məktəbinin yeni binasının tikintisi Heydər Əliyev Fondunun maliyyə vəsaiti 
hesabına aparılır.
Məktəb binası üç mərtəbədən və zirzəmidən ibarətdir. Binanın ümumi tikinti 
sahəsi 1521 kvadratmetrdir. İki korpusdan ibarət yeni məktəb binasında 
sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, informatika və 
hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, 
yeməkxana, inzibati otaqlar yaradılacaq. Binanın yeni dərs ilinin 
başlanmasına istifadəyə verilməsi nəzərdə tutulub.
Kənd sakinləri 320 şagird yerlik Azad Qaraqoyunlu kənd tam orta məktəbi 
üçün yeni binanın tikintisinə başlandığına görə Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım 
Əliyevaya öz təşəkkürlərini bildiriblər. 
Tarix: 2-03-2023, 22:46
Xəbəri paylaş





Xəbər lenti