Tanınmış vəkil icra başçısına səsləndi: “Sən çardaq sökənsən?”
“Balakən Rayon İcra Başçısı indi də insanları qeyri-prosessual münasibətlərə cəlb etmək üçün camaatın həyətyanı sahəsində tikdiyi və xüsusilə də yayın istisində həyatlarının çox hissəsini keçirdiyi çardaqları (naves) sökməklə hədələyir. Gah kanalizasiya xəttini bəhanə edir, gah da ölkə başçısının göstərişi olduğunu deyir. Bu adam çoxdan həbs olunmalı adamdır. Bir çox boş torpaq sahələri onun tərəfindən zəbt edilib. İnsanları canından bezdirərək üsyana sürükləyir...” Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aqil Layıc bildirib.
“Bu adam barəsində ölçü niyə götürülmür?! Adama sual verirəm sən çardaq sökənsən? Sənə məhkəmə aktı olmadan bu səlahiyyəti kim verir? Sənin Əsasnaməndə belə bir səlahiyyət varmı? Aiddiyyatı qurumların diqqətinə çatdıraraq xahiş edirəm ki, gözdən uzaq bu rayonun icra başçısı haqqında ölçü götürəsiniz”, - o qeyd edib.
Tarix: 6-03-2023, 11:23