Beyləqana yeni başçı GƏTİRİLİR... - İDDİA


Sabiq deputat Əhəd Əhmədovun Beyləqan rayonuna icra hakimiyyəti başçsı postuna gətirilməsi gözlənilir…

2005-ci ilin parlament seçkilərində 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən parlamentə mandat qazanan sabiq millət vəkili Əhəd Əhmədovun bu dəfə də Beyləqan rayonuna icra başçısı postuna gəlməsi uğurunda mücadilə apardığı bildirilir.Verilən bilgilərə görə artıq “yuxarılardan” sabiq deputata “ok” deyilib.

Mənbə iddia edir ki, yaxın günlərdə Əhəd Əhmədovun Beyləqan rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin ediləcəyi gözlənilir.

Beyləqana yeni başçı GƏTİRİLİR...

RealMedia.az olaraq onu da qeyd edək ki, Əhəd Əhmədov Parlamentdə İmişli-Beyləqan rayonlarını təmisil etdiyi fəaliyyəti illərində səsi eşidilməyən, “lal deputat”lardan olub.

Onu da qeyd edək ki, Əhəd Əhmədov barəsində internet resusrlarında yetərincə ilgin informasiyalar yer alıb.

RealMedia.az
Tarix: 6-03-2023, 17:13
Xəbəri paylaş





Xəbər lenti