Tərtərdə 8 Martla bağlı tədbir

Tərtərdə 8 Martla bağlı tədbir
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni
Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında Tərtər Şəhər
Kommunal Təsərrüfatı İdarəsinin qadın işçilərini qəbul edib.
Bu barədə Siam.az-a yerli RİH-dən məlumat verilib.
İcra başçısı rayonumuzun zəhmətkeş qadınlarını 8 mart Beynəlxalq
Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, şəhərimizin təmiz
saxlanmasında onların əməyini xüsusi vurğulayıb, qadınların qayğıları ilə
maraqlanıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
müəssisənin qadın işçilərinə öz minnətdarlığını bildirərək, onlara qiymətli
hədiyyələr təqdim edib.

Tarix: 7-03-2023, 15:25
Xəbəri paylaş





Xəbər lenti