Rayon rəhbəri bayram ərəfəsində yeni övladı dünyaya gəlmiş qazi Elgiz Məmmədovun evində olub, onların qayğıları və problemləri ilə maraqlanıb



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 8 mart 
Qadınlar Günü və qarşıdan gələn Novruz Bayramı münasibəti ilə Tərtər 
rayon, Hacıqərvənd kənd sakini, yeni övladı dünyaya gəlmiş qazi  
Məmmədov Elgiz Vüqar oğlunun ailəsində olub, onların qayğıları və 
problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli 
hədiyyə təqdim edib.
Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab 
İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Elgiz kimi igid 
oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi  
bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
Qeyd edək ki, qazi Məmmədov Elgiz Vüqar oğlu  Kəlbəcər  istiqamətində 
gedən döyüşlərdə iştirak edib. Üçüncü qrup Vətən Müharibəsi əlilidir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq 
Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” 
və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən 
müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qazi Elgiz Məmmədov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və 
qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və 
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Tarix: 8-03-2023, 23:10
Xəbəri paylaş





Xəbər lenti