Göyçayda abadlığa ayrılan vəsait HARA GEDİR? - Vətəndaş SORUŞUR...


Göyçay rayon sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən ölkı rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Yazaraq bildirmək istəyirəm ki, Göyçayın abadlığı üçün dövlət tərəfindən ayrılmış vəsait lazımi şəkildə sərf edilmir. Belə ki, şəhərin göz önündə olan əraziləri asfalt örtüklə təmin olunsa da, mərkəzi küçələrin yaxınlığında yerləşən dalanlar və digər küçələrin təmir-abadlıq işləri ört basdır edilir. Bu cür abadlaşdırma işlərini üstü bəzək, içi təsək adlandırmaq daha doğru olardı.

Göyçayda abadlığa ayrılan vəsait HARA GEDİR?

Baxmayaraq ki, rayon icra başçısı Natiq Ağayev Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyevə öz tapşırığını vermiş, lakin o, səriştəsizlik və ya özünəarxayınlıq səbəbilə insanlar içərisində narazılıqlar yaratmaqdadır. Məsələn, şəhərin Heydər Əliyev prospektində dalana vurulan "möhtəşəm" yamaq asfalt göz qamaşdırır. "Baş memar" Ayaz Səfərəliyevin rəhbərliyi altında vurulan asfaltlara baxanda onu, xəstəyə prob qoyaraq allergiya olub-olmayacağını gözləyən tibb işçiləri ilə müqayisə etməyim gəlir. Onun nəzarəti altında vurulan yamaqlı asfalt örtüyü görəndə mənə uşaqlığımı xatırladır. Çünki uşaqlıq çağlarımda hamıda olduğu kimi, biz də böyük maddi sıxıntılarla üzləşirdik. Nənəm corablarımıza yamaq vurar və "Ay bala, kasıbçılığın üzü qara olsun, yaman günün ömrü az olar, vaxt gələr hər şey düzələr İnşəAllah" deyərdi.

Bir daha xatırlatmaq istəyirəm ki, bu adamın arxitektura və memarlıq işlərindən anlayışı yoxdur. Bir neçə il Mənzil İstismar İdarəsində özünəməxsus qaydalarla rəis vəzifəsində çalışan şəxsdən bundan artıq heç nə gözləmək mümkün deyildir. Üstəlik də işlədiyi dövr ərzində çoxsaylı qanunsuzluğlara və korrupsiya hallarına yol vermişdir. İndi də rayonun Arxitektura və Memarlıq Şöbəsində fəaliyyətini davam etdirir".

İddia olunanlarla bağlı Siam.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Tarix: 9-03-2023, 10:00
Xəbəri paylaş





Xəbər lenti