Kürdəmirdəki qalmaqallı məktəb direktoru QOVULDU


5 ay əvvəl Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində baş verən qalmaqalı ictimailəşdirmişdik. Valideyn Elşən Abdulovun ibtidai sinif müəllimi Xatirə Əhmədovaya illərdir yaratdığı problemi, təzyiq və təhdidlərdən ibarət faktları qeyd etmişdik.

Həmçinin məktəbin direktor əvəzi Ülkər Quliyeva ilə əlbir olaraq Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və özünü “jurnalist”kimi qələmə verən Etibar Bəşirovla məktəbə basqınını əks etdirən virdeogörüntü təqdim etmişdik.

Ardınca məktəbdə bıçaqlanma və zorlanma olaylarının baş verdiyini, amma direktor əvəzi Ülkər Quliyevanın bu hadisələri ört-basdır etdiyini dərc etmişdik. Biabırçı olayların məkanına çevrilən tədris ocağının idaretməsi ilə bağlı nəhayət ki, rəsmi qurumlardan reaksiya gəlib. 
Belə ki, Elm və təhsil nazirinin əmri ilə Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbinin direktor vəzifəsini icra edən Ülkər Quliyeva vəzifəsindən uzaqlaşdırılıb, əvəzinə isə yeni təyinat olub. 

Bu barədə Bizim.Media-ya özəl açıqlamasında Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib:
Tarix: 9-03-2023, 13:34
Xəbəri paylaş





Xəbər lenti