Qaradağlı kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə 
uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri 
keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən 
məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında 
aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş 
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Qaradağlı kəndində keçirilib.
Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon 
ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının 
rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı altında 
respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, 
əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli 
layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun 
infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən 
dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə 
dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu 
bildirib. 
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə 
məlumat verilib.
Bildirilib ki, Qaradağlı  kəndinin 1050 hektar ərazisi, 542 təsərrüfatı, 2290 nəfər əhalisi 
var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 klub, 1 
kitabxana, 10 ticarət, 5 iaşə və 4 məişət obyekti fəaliyyət göstərir. Kənd sakinləri 
əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin 
olunub.
Sakinlər 798 baş iribuynuzlu, 966 baş xırdabuynuzlu heyvan, 6735 baş quş, 180 arı 
ailəsi saxlayırlar.
Qaradağlı kəndində son üç ildə 1 km kəndarası yol cari təmir olunub,  əkin sahələrinə 
gedən su arxları 8 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1100 ədəd müxtəlif 
növ ağac əkilib,  yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və 
digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah 
və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı 
mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac 
olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Ramil Məmişov və Gülnar Quliyeva işlə təmin olunma, Gülnaz 
İlyasova isə pay torpağının zəbt olunması ilə bağlı müraciət ediblər. 
Qaldırılan məsələ nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara 
aidiyyəti tapşırıq verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, 
şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban 
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 9-03-2023, 17:14
Xəbəri paylaş





Xəbər lenti