Biləsuvarda ACINACAQLI DURUM - YAYDA NƏ EDƏCƏYİK?

Biləsuvarda ACINACAQLI DURUM
Biləsuvar rayonunun bir neçə kəndində su problemi yaşanır.

SİAM.AZ bildirir ki, bu barədə “Report”un Muğan bürosuna rayon sakinləri məlumat veriblər.

Belə ki, Cənub-Muğan kanalının rayondan keçən hissəsində suyun azalması sakinlərdə ciddi narahatlıq yaradıb.

Onların sözlərinə görə, kanalda suyun quruması Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub.

Sakinlər deyir ki, kanal əvvəllər yay aylarında qurusa da, bu dəfə fevral ayından etibarən qurumağa başlayıb.

Yerli əhali içməli su ilə yanaşı kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda da çətinlik çəkirlər.

Məsələ ilə bağlı Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, problemin yaranmasına səbəb son günlər Araz çayında suyun kəskin azalmasıdır.

Qeyd olunub ki, sabahdan etibarən suyun səviyyəsinin artması gözlənilir.

Xatırladaq ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən Cənub-Muğan kanalı Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir.

Biləsuvarda ACINACAQLI DURUM


Tarix: 9-03-2023, 17:19
Xəbəri paylaş





Xəbər lenti