İcra başçısı Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 411 şagirdin təhsil 
aldığı Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, 
pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə 
prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol 
verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb 
olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara 
əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük 
Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi 
bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, 
şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən 
danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

Tarix: 9-03-2023, 17:27
Xəbəri paylaş





Xəbər lenti