Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində növbəti iməcilik keçirilib
Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan
Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Umummilli Liderin
anadan olmasının 100 illiyi ilə əlaqədar respubikamızın hər yerində olduğu kimi, Tərtər
rayonunda da rayon icra hakimiyyətinin Tədbirlər Planına əsasən silsilə tədbirlər
keçirilir.Tədbirlər Planına uyğun olaraq Martın 10-da “Heydər Əliyev İli”
çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti
iməcilik keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bayraq Meydanında keçirilən
iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Tərtər Şəhər
Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, sakinlər fəal iştirak ediblər.
Əvvəlcə ərazidə təmizlik işləri aparılıb, ağacların dibləri və köhnəlmiş qazon hissələr
yenidən səpilməsi üçün bellənib, səliqə-səhman yaradılıb. Eyni zamanda ərazidə olan
fantanlarda da yuyularaq təmizlənmişdir.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər
Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin
təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Tarix: 10-03-2023, 22:10