Tərtərdə ilaxır çərşənbəsi qeyd olunub


Tərtərdə ilaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qarşılanıb.
Bayram münasibəti ilə Mərkəzi Meydanda çatılan tonqalı Tərtər 
Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 
alovlandırıb. Rayon rəhbəri sakinləri təbrik edərək onlara xoş 
arzularını çatdırıb.
Qeyd edib ki, bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq 
çərşənbəsi” kimi də tanınır. Torpağın oyanışını tərənnüm edən 
ilaxır çərşənbə təkcə təbiətin deyil, həm də insanlarda yeni 
arzuların yaranmasının, niyyətlərin saflaşmasının göstəricisi 
hesab olunur.
Sonra Tərtər Rayon Mədəniyyət Mərkəzinin  hazırladığı konsert 
proqramı təqdim olunub.

Tarix: 15-03-2023, 08:39
Xəbəri paylaş





Xəbər lenti