Rayon rəhbərinin Mamırlı kəndində növbəti səyyar qəbul- görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə 
uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri 
keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən 
məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında 
aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş 
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Mamırlı kəndində keçirilib.
Qəbulda YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, 
mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə 
sədrləri və kənd sakinləri iştirak ediblər.
Qəbuldan öncə rayon rəhbəri kənddə torpaqlarımızım ərazi bütövlüyü uğrunda canını 
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub, 
Mamırlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub, məktəbdə Ümummilli 
Liderin 100 illik yubleyinə həsr olunmuş fotostendə baxıb. Sonra o, kənd sakinlərini 
Novruz bayramı münasibətilə təbrik edib, onlara sülh, əmin-amanlıq, bol ruzi arzulayıb. 
Məktəbin həyətində icra başçısı Müstəqim Məmmədov şəhid ailəsi ilə birlikdə bayram 
tonqalını alovlandırıb.
Rayon rəhbəri qəbulda möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı 
altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq 
işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş 
həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə 
rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən 
göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün 
sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində 
olduğunu bildirib.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə 
məlumat verilib.
Bildirilib ki, Mamırlı  kəndinin 1097 hektar ərazisi, 386 təsərrüfatı, 1690 nəfər əhalisi var. 
Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 klub, 1 kitabxana, 
10 ticarət, 6 iaşə və 4 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik 
və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.
Sakinlər 890 baş iribuynuzlu, 793 baş xırdabuynuzlu heyvan, 7700 baş quş, 53 arı 
ailəsi saxlayırlar.
Mamırlı kəndində son üç ildə 4.2 km kəndarası yol cari təmir olunub, suvarma üçün 1 
ədəd subartizan quyusu istifadəyə verilib, əkin sahələrinə gedən su arxları 4 km 
məsafədə lildən təmizlənib, kənd ərazisində 1300 ədəd müxtəlif növ ağac əkilib,  yol 
kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və 
digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah 
və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı 
mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac 
olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Kamil İsmayılov və Oruc Qocayev suvarma arxlarının təmizlənməsi, 
Ələmdar Hüseynov torpaq mübahisəsi, Almaz Babayeva evinin sənədləşməsinə 
köməklik olunması ilə bağlı müraciət ediblər. 
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon 
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, 
şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban 
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 16-03-2023, 21:57
Xəbəri paylaş





Xəbər lenti