Tərtərdə körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirilib
Tərtər rayonunda yerləşən 5 saylı körpələr evi-uşaq bağçasında Azərbaycan xalqının
milli adət ənənələrini özündə birləşdirən xalqımızın qədim bayramı olan Novruz bayramı
qeyd olunub.Bayram şənliyində iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət
edilmiş qonaqları bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və
firəvan həyat arzulayıb. Qeyd edib ki, bu günkü gün uşaqlar daha xoşbəxt, daha
sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.
Bayram tonqalı ətrafında təşkil olunan şənlikdə uşaqların ifasında maraqlı ədəbi-musiqili
proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar, rəqslər ifa edilib,
səhnəciklər göstərilib.
Tarix: 17-03-2023, 23:23