Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində
yerləşən N nömrəli hərbi hissədə bayram tədbiri keçirilib.Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin
ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan
Respublikasının Dövlət Himnini oxuyublar.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər
Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər
veteranlar, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri və hərbi hissənin şəxsi
heyəti iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək
bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli
xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıb. Bildirib ki, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz üzərinə düşən
missiyanı layiqincə yerinə yetirərək 44 günlük Vətən müharibəsində Zəfər qazanıb.
Əsgərlər və zabitlər şərəfli peşə sahibi olduğunu bir daha sübut ediblər. Diqqətə çatdırıb
ki, torpaqlarımızın ərazi bütövlüyü şəhidlərin qanı bahasına bərpa olundu. Bu gün
Vətənin keşiyində dayanan əsgərlər və zabitlər onlara əmanət olan torpaqları göz
bəbəyi kimi qoruyurlar.
Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu
quruculuğu siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında özünün ən dinamik inkişaf dövrünü yaşayır. İndi Azərbaycan Cənubi Qafqazın
ən güclü dövləti olduğu kimi, rəşadətli Ordusu da regionun ən qüdrətli ordusudur.
YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq
Məmmədov, qazi İntiqam Sarıyev çıxış edərək əsgər və zabitləri Novruz Bayramı
münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb, çətin və şərəfli xidmətlərində
uğurlar arzulayıblar. Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Heydər
Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, Ordu ququculuğu
sahəsində də uğurla davam etdirilir.
Hərbi hissənin rəhbərliyi qonaqlara təşəkkürünü bildirib və belə görüşlərin əsgərlər üçün
mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib. Bildirilib ki,
əsgər və zabitlər Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını yerinə
yetirməyə hər an hazırdırlar.
Çıxış edən hərbçilər göstərilən xüsusi diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbəri qazilərlə birlikdə hərbi hissədə bayram tonqalını alovlandırıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən əsgərlərə bayram sovqatları verilib,
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi tərəfindən onlar üçün
konsert proqramı təşkil olunub.
Bayram şənliyindən sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov və qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında
nahar ediblər.
Tarix: 17-03-2023, 23:33