Taleh Qaraşovun yaxın kadrı MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR - Başçı işçisini qurtara biləcəkmi?

Taleh Qaraşovun yaxın kadrı MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR
Rüşvətə görə həbs edilən Lənkəranın baş memarı Elgün Abdullayevin cinayət işi icraata verilib.

Siam.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq cinayət işi hakim Elxan Süleymanovun icraatına verilib.

Cinayət işi məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi müdirinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı Elgün Abdullayevin fərdi-yaşayış evi və qeyri-yaşayış sahəsinə dair sənədlərinin hazırlanması müqabilində 100 min 250 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsi və cəmi 33 min 500 manat pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

***

DİA.AZ qeyd edir ki, məlum ajitoajlı həbs ərəfəsində yerli KİV-də Elgün Abdullayevlə bağlı ilginc iddialar da səslənmişdi və açıq şəkildə qeyd olunurdu ki, E.Abdullayev hələ də Lənkərana rəhbərlik edən Taleh Qaraşovun yaxın kadrıdır və Lənkəran RİH başçısı ilk əvvəl hətta onu azadlığa çıxarmağa da çalışıb.

HƏMİN MƏQALƏ BURADA: 26 ilin icra başçısının başı dərddə

Elə buna görə də, hazırki məhkəmənin də "maraqlı" keçəcəyini söyləmək olar. Ən azından ona görə ki, Qaraşov cənabları adamını həbsdən qurtarmağa çalışacaq...

ZƏRURİ QEYD: Onu da xatırladaq ki, bu olay Taleh Qaraşovun kadrları ilə bağlı baş verən ilk həbs qərarı deyil. Hətta Lənkəran icra başçısının müavinlərindən biri bir neçə ay əvvəl məktəbli qıza zor tətbiq etməsi səbəbilə mühakimə olunmuşdu...

Məsələ ilə əlaqədar Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 18-03-2023, 10:02
Xəbəri paylaş





Xəbər lenti