Tərtərdə Vətən Müharibəsi qazisi Namiq Abbasovun övladının kiçik toy mərasimi keçirilib


Martın 22-də Tərtər rayonunun Təzəkənd kəndində 3-cü qrup Vətən Müharibəsi qazisi AbbasovNamiq Əli oğlunun övladı Abbaszadə Kənan Namiq oğlunun kiçik toy mərasimi keçirilib.
Kiçik toy mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev,
Vətən Müharibəsi qaziləri, veteranları, kənd sakinlər iştirak ediblər.
Bu barədə DİA.AZ-a yerli RİH-dən məlumat verilib.
Toy şənliyində əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək qazinin övladınaxeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərəgörə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onlarınsevincinə şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi borcumuzdur.
Qeyd edək ki, Vətən müharibəsi qazisi, N saylı hərbi hissənin Müddətdən Artıq Həqiqi HərbiXidmət Hərbi Qulluqçusu Abbasov Namiq Əli oğlu Talış-Suqovuşan istiqamətində döyüşüb. Vətən
müharibəsindən öncə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubileymedalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının
yubiley medalı, "Qüsursuz xidmətə görə" medalı Vətən Müharibəsindən sora isə AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Cəsur döyüşçü",“Suqovuşanın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Tarix: 22-03-2023, 16:45
Xəbəri paylaş





Xəbər lenti