İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları 
qəbul edib. Qəbulda 26 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər 
növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə 
təmin olunma, həyətyani torpaq sahəsinin sənədləşdirilməsi, maddi yardım, pay torpaq 
sahələrinin suvarılması, məşğulluq mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin 
olunma, sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması, işğaldan azad olunmuş Talış 
kəndində evlə təmin olunma, müalicə olunmaq üçün köməklik, əlillik dərəcəsinin təyin 
edilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon 
rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər 
qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq 
izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının 
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham 
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını 
bildiriblər.
Tarix: 13-06-2023, 18:58
Xəbəri paylaş





Xəbər lenti