Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına
əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ümummilli Liderin anadan olmasının
100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi münasibəti ilə Tərtər
rayonunda silsilə tədbirlər keçirilir.22 iyun 2023-cü il tarixdə “Heydər Əliyev İli “ çərçivəsində YAP rayon təşkilatının və
rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində əslən rayondan olan
tanınmış ziyalıların iştirakı ilə “Heydər Əliyev ideyaları bu gün də yaşayır və
ugurlarımızın rəhnidir” mövzusunda konfrans keçirilib.
Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP İdarə
Heyətinin üzvü Asif Əsgərli, YAP Mərkəzi Aparatının təşkilat şöbəsinin baş
məsləhətçisi Elmar Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, akademik
Vaqif Abbasov, xalq şairi Vahid Əziz, xalq artisti Teyyub Aslanov, idarə, müəssisə,
təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət
işçiləri, şəhid ailələri, qazilər, veteranlar və KİV nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər
Abidə Kompleksini ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq abidələrin önünə gül
dəstələri düzüblər. Sonra konfrans rayon Mədəniyyət Mərkəzində davam edib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən
filmə baxılıb.
Sonra şəhər 2 saylı məktəb-liseyin şagirdləri qonaqları salamlayaraq Ulu Öndərin
müdrik kəlamlarını səsləndiriblər.
YAP Tərtər Rayon təşkilatının sədri Eldar Əsədov qonaqları, konfrans iştirakçılarını
salamlayıb, “Heydər Əliyev ideyaları bu gün də yaşayır və ugurlarımızın rəhnidir”
mövzusunda məruzə edib. O, məruzəsində Azərbaycanın müasir tarixində Ulu
öndərimiz Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyətindən, bu dahi
şəxsiyyətin müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının
möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına
çevrilməsində xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, XX əsrin mürəkkəb
geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini qoruyub saxlaması, cəmiyyətin
ən müxtəlif təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin
yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu müstəqil Azərbaycan dövləti
dünyanın ən qüdrətli ölkələrinin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin
mərkəzində dayanır.
Sonra söz Tərtər rayon İcra Hakimiyyətinın Başçısı Müstəqim Məmmədova verilib.
Rayon rəhbəri bildirib ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycan öz müstəqilliyinə
nail olmuş, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bilmiş, üzərinə
düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını
öz çiyinlərinə götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos
və hərc-mərclikdən qurtarmışdır. Böyük düha sahibi Heydər Əliyev öz misilsiz xidmətləri
ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrilmişdir.
1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən
biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə
etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Hər kəsə yaxşı məlumdur ki, 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və bu, Ulu Öndərin siyasi iradəsinin
nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını
təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn
Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını qarşısında ittiham etdi, ifşaedici
və cəsarətli bir bəyanat verdi.
Ulu Öndərin doğma Vətənə qayıdışını xalqımız bu gün də qürurla xatırlayır. 1990-cı ilin
iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra
Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-
1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan
Respublikasının Ali Soveti sədrinin müavini olub.
.
Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də
Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün tarixə Milli qurtuluş günü kimi yazıldı.
İyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq
səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını
qurtuluşa aparan yolun ilk addımıdır. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və
xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni
sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya
layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O,
1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan
Respublikasının Prezidenti seçildi.
Bu gün qürurla söyləyə bilərik ki, Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan,
sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq
Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun
rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi.
Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda
Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın,
dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar
verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.
Konfransda YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Akademik Vaqif Abbasov, Xalq
şairi Vahid Əziz, Xalq artisti Teyyub Aslanov da çıxış ediblər.
Cıxışlarda bir fikir vurğulanıb: Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər
Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi
olaraq yaşayacaqdır. Nə qədər Azərbaycan dövləti var, Azərbaycan xalqı var Ulu Öndər
Heydər Əliyev daim ən ülvi məhəbbətlə, hörmət və ehtiramla yad olunacaq, anılacaq.
Sonra qonaqlara Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərədindən fəxri fərman və
xatirə hədiyələri, YAP rayon təşkilatı tərəfindən isə rayonun sosial-iqtisadi həyatında
fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərman və YAP sıralarına yeni qəbul
olunmuş partiya üzvlərinə vəsiqələr təqdim olunub.
Sonda əslən Tərtərdən olan Azərbaycanın Xalq artisti Teyyub Aslanovun və Bərdə
Regional Mədəniyyət İdarəsinin tabeliyindəki şəhər və rayonların mədəniyyət işçilərinin
iştirakı ilə konsert proqramı təqdim edilib.
Tarix: 22-06-2023, 22:04