Tərtərdə Qurban bayramı ilə əlaqədar kəsim məntəqəsində monitorinq aparılıb


Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq 
norma və qaydalara uyğun, rahat həyata keçirilməsi, qeyri-qanuni yerlərdə 
heyvan satışı və ət kəsiminin qarşısının alınması və digər məsələlərlə bağlı 
Tərtər Rayon İcra Hakimiyyətində müvafiq qurumların əməkdaşlarından 
ibarət işçi qrupu yaradılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov işçi 
qrupunun üzvləri ilə birlkdə qurbanlıq heyvanların kəsiminin təşkil ediləcəyi 
Tərtər şəhəri, Cavanşir küçəsi 84 ünvanında yerləşən ət kəsim 
məntəqəsində olub, əlaqədar şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını 
verib.
Həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən ət 
kəsim məntəqəsinin döşəmə və divarları, habelə burada istifadə edilən 
avadanlıqlar xüsusi məhlulla dezinfeksiya edilib.
Bununla yanaşı, Qurban bayramı günlərində heyvan mənşəli tullantıların 
vaxtında daşınması, ət kəsimi məntəqəsinin ətrafında təmizliyə riayət 
olunması üçün Tərtər şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat 
Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışacaqlar.
Tarix: 23-06-2023, 23:14
Xəbəri paylaş





Xəbər lenti