Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib


Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib
24 iyun 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və
Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölkə ərazisindəki
çayların sahillərində növbəti ümumrespublika təmizlik aksiyası çərçivəsində
Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib. SİAM.AZ-a RİH-dən xəbər verilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və
Təbii Sərvətlər İdarəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə,
müəssisə, təşkilatların və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin
kollektivləri aktiv iştirak edib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin
Umudov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi
Oktay Şahmurov çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində məqsəd -
ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin
qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf
mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o
cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə
ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu
sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Qeyd olunub ki, bu cür aksiyalar rayon ərazisində mütəmadi olaraq davam
etdiriləcəkdir.

Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib
Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib
Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib
Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib

Tarix: 24-06-2023, 14:51
Xəbəri paylaş





Xəbər lenti