Tərtərdə tədbir keçirilib

Tərtərdə tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası YAP rayon təşkilatının
akt zalında 26 İyun - Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə
Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirib. SİAM.AZ-a RİH-dən xəbər verilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Rayon İcra
Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Cümə Məscidinin
imamı Sadiq Cəfərov, rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun
əməliyyat müvəkkili, polis baş leytenantı Elşən Əmrahov,  YAP rayon təşkilatının
əməkdaşı Əli Paşayev, rayon Gənclər və İdman idarəsinin rəis müavini Şəhram
Quluyev, Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin statistika kabinetinin
müdiri Anar Salahov, direktor müavinləri, psixoloqlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin
Umudov ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
aparılan mübarizə tədbirlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin
imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı
mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra
həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına,
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə
ümummilli proqram hazırlandı. Çıxışında Elvin Umudov Azərbaycan Respublikasında
aidiyyəti qurumların narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsinə qarşı bu gün də uğurlu mübarizə apardığını vurğulayıb.
Daha sonra çıxış edənlər YAP rayon təşkilatının məsləhətçisi Əli Paşayev, rayon Polis
Şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı
Elşən Əmrahov, rayon Gənclər və İdman idarəsinin rəis müavini Şəhram Quluyev,
Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin statistika kabinetinin müdiri
Anar Salahov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhər 6 saylı tam orta
məktəbin direktor müavini Zülfiyyə Abdullayeva narkotik vasitələrin insan orqanizminə
göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə
danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar
problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini
genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın
fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər. Həmçinin bəşəriyyət üçün
böyük bəla olan narkomaniyaya qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter
daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət
mərkəzində olduğunu vurğulayıblar.
Sonra tədbir qarşılıqlı diskusiya şəkilində davam etdirilib.

Tərtərdə tədbir keçirilib

Tarix: 24-06-2023, 15:02
Xəbəri paylaş





Xəbər lenti