Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov “Heydər Əliyev İli”
çərçivəsində ön cəbhədə hərbi xidmət keçən N.saylı hərbi hissəbnin hərbçilərini qəbul
edib. Rayon rəhbəri onları 26 iyun- Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə
təbrik edib, onlara uzun ömür, can sağlığı, Azərbaycanın müdafiə qüdrətinin daha da
artırılması naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıb.İcra başçısı hərbçilərlə görüşündə qeyd edib ki, Azərbaycan Ordusunu müasir müstəqil
dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır.
Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik
olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən
səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab
verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham
Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da
möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü
iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına
uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri
də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu
quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə
ordu quruculuğu prosesi dayanmış, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə
hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların
hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda
Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək
böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu
oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi.
Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar
Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da,
Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını
almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə,
azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki,
C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu
quruculuğunda əsas bazalardan birinə çevrildi.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa
edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi1993-cü ilin yayında
ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu
quruculuğu istiqamətində də mühüm addımlar atıldı.
Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini
məmnunluqla qeyd edirdi. "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi
tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu,
qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda
Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-
intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir
ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın
təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".
Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü
qüvvəsinə çevrildi. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli
təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirildi və Ali Baş Komandanın rəhbərliyi ilə 44
günlük Vətən Müharibəsində qələbə qazanıldı, torpaqlarımız 30 ildən sonra işğaldan
azad edildi.
Rayon rəhbəri qeyd edib ki, Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində
dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı
ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və
döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən,
hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet
istiqamətləri kimi diqqəti çəkir.
Qəbul zamanı N saylı hərbi hissənin hərbiçiləri polkovnik leytenant Bəhruz Hüseynov,
kapitan Mərifət Hüseynov, baş gizir Ruslan Hüseynov, gizir Amid Qomurov, Vüsal
Əliyev, MAHHXHQ əsgər Fəda Rüstəmov çıxış edərək Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevə ordu quruculuğuna göstərdiyi böyük diqqət
və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbçilərə 44
günlük Vətən müharibəsində və hərbi qulluqda nümunəvi xidmətlərinə görə fəxri fərman
və qiymətli hədiyyələr təqdim edib.
Tarix: 25-06-2023, 08:08