“Ailəm üçün qorxuram, evimin üçma təhlükəsi var" – LERİK SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR


Lerik rayonu, Bibiyanı kənd sakini Nəbiyev Müqəddəs Şəmi oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi evinin uçmaq təhlükəsi ilə üzləşdiyini, rəsmi qurumların bu fakta diqqətsiz yanaşdığını bildirir:
"Mən, Lerik rayonu, Bibiyani kənd sakini Nəbiyev Müqəddəs Şəmi oğlu, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi işıqlandırasınız.
Sizə müraciət etməyimin səbəbi evimin qəzalı vəziyyətdə olmasıdır. Bu barədə bütün aidiyyəti qurumlara məlumat vermişəm, amma bu günə qədər bir nəticəsi olmayıb.
Evimin qəzalı vəziyyətə düşmə səbəbi 2017-ci ilin payız aylarında yağan güclü leysan yağışlarıdır.
4 nəfərdən ibarət olan ailəmizə çadır da verilmişdi. Qış ayında çadır qara dözməyib çökdü.
Sizdən xahiş edirəm ki, bizim şikayətimizi rəsmi qurumlara çatdırasınız. Ailəm üçün qorxuram, evin üçma təhlükəsi var".

Redaksiyadan: Mövzunu davam etdirəcəyik.
Tarix: 25-06-2023, 22:31
Xəbəri paylaş





Xəbər lenti