Tərtərdə Qurban Bayramı qeyd olunur


Hər il olduğu kimi bu il də Tərtər rayonunda Qurban Bayramı böyük təntənə ilə 
qeyd olunur.

Bayram münasibəti ilə şəhərin Cavanşir küçəsi 84 ünvanında yerləşən kəsim 
məntəqəsində bütün gigiyenik qaydalara  və dini ənənələrə əməl edilərək 
qurban kəsiləcək heyvanlara Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov 
tərəfindən dualar oxunub, sonra qurbanlar kəsilib.
Kəsim məntəqəsində olan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim 
Məmmədov müqəddəs bayram münasibətilə tərtərliləri təbrik edərək bildirib ki, 
xalqımız həmişə milli-mənəvi dəyərlərinə böyük ehtiramla yanaşır. Ölkəmizdə 
Qurban bayramı böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edilir. İnsanları bir-
birinə yaxınlaşdıran bu bayram bərəkət, mərhəmət və xeyirxah əməllərin 
rəmzidir.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kəsilən qurbanlar 
şəhid ailələrinə, qazilərə, çernobıl əlillərinə, Tərtər Şəhər Kommunal 
Təsərrüfatı İdarəsinin əməkdaşlarına və daha çox yardıma ehtiyacı olan 
şəxslərə göndərilib. 
Sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 28-06-2023, 18:09
Xəbəri paylaş





Xəbər lenti