Papaqçıyev suvarma biznesində TOXUNULMAZDIR... - BU DA FAKT!!!
Şamaxı Rayonu Suvarma Sistemləri İdarəsi əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub.
DİA.AZ xəbər verir ki, qalib "Aztikintiservis" MMC olub.
Qalib şirkətə 129 676 manat ödəniləcək.
Qeyd edək ki, elanda torpaq məcralı Dibarx kanalının L=1.9 km (işin davamı) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.
DİA.AZ bildirir ki, 13 mart 2019-cu ildə yaradılan və 100 manatlıq nizamnamə kapitalına malik olan “AzTikintiServis” MMC-nin direktoru Paşa Papaqçıyevdir.
Şirkət 18 may 2020-ci ildə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti tərəfindən ümumi maliyyə dəyəri 1,4 milyon manat olan tenderin iki qalibindən biri olub və aralarında 733 min manatlıq tender müqaviləsi imzalanıb.
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən 20 may 2020-ci ildə elan edilən Qusar rayonu Zuxul kəndinin həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinin satınalınması tenderinin qaliblərindən biri olub və aralarında imzalanan satınalma müqaviləsinin məbləği barədə mətbuatda heç bir məlumat yoxdur.
27 ilyul 2022-ci ildə şirkət “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinin Şəmkir sol sahil maşın kanalının beton üzlüyünün təmiri işlərinin satınalınması ilə bağlı tenderinin qalibi olub.
Tərəflər arasında maliyyə dəyəri 208 min 498 manat olan satınlma müqaviləsi bağlanılıb. Şirkət ötən ilin 7 ayı ərzində ümuni dəyəri 1 milyon 944 min manatdan artıq olan 10 tenderin də qalibi olub. Bu tenderlərin 9-u Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-in tabeliyindəki qurumlara aid olub.
Yerdə qalan bir tender müqaviləsi isə Abşeron Milli Parkı ilə imzalanıb. Həmin dövrdə “Aztikintiservis” MMC-nin dövlətə 6900.10 manat vergi borcu olub.
Cari ilin fevral ayının 2-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin “Tovuz rayonu Ağdam kəndi ərazisində yerləşən Axıncaçay su anbarında təmir-bərpa işləri” satın alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibi də bu şirkət olub.
Tərəflər arasında 1 milyon 477 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Şirkət ikinci dəfə mayın 1-də Tovuz Rayon Suvarma Sistemləri İdarəsinin elan etdiyi tenderdə qalib olub v aralarında 118 713 manatlıq satınalma müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, şirkət qurum üçün Bastam arxının beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərini həyata keçirib.
Onu da qeyd edək ki, yuxarıda sadaladıqlarımız “AzTikintiServis” MMC ilə Zaur Mikayılovun akntorunun ortaqlıqlarının tamamı deyil. Hər halda bu məqam hüquq mühafizə orqanları üçün taxşı aradşırma səbəbidir...
Məsələ ilə bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...