Tərtər RİH-də özbaşına aparılan tikinti işlərinin qarşısının alınması və “Daşınmaz əmlakın icbari sığortası” ilə əlaqədar aparat müşavirəsi keçirilib



Tərtər Rayon İcra Hakimiyyətində “Yerli icra hakimiyyətləri haqqında 
Əsasnamə”də və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi 
Qaydaları”nda dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 
2023-cü il 10 aprel tarixli 2095 nömrəli Fərmanının icrası ilə əlaqədar və 
“Daşınmaz əmlakın icbari sığortası”  ilə bağlı aparat müşavirəsi keçirilib.


Rayon rəhbərinin sədrliyi ilə keçirilən müşavirədə rayon  icra hakimiyyəti başçısı 
aparatının əməkdaşları, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və 
 Arxitektura Komitəsi yanında  Qarabağ Regional Şəhərsalma və Memarliq Baş 
İdarəsinin hüquqşünası Nurlan Fərzalı, baş məsləhətçisi Zöhrab İsmayılov, rayon 
Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi Mirhəmid Həşimov, aidiyyəti 
idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri 
iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim 
Məmmədov şəhərsalma və tikinti fəaliyyəti sahəsində rayonda görülmüş işlər, 
eləcə də bu sahədə baş verən qanun pozuntularının vaxtında aşkar edilməsi, 
nöqsanların tez bir zamanda aradan qaldırılması, dövlət şəhərsalma nəzarətinin 
daha da gücləndirilməsi, qanunsuz tikinti işlərinin qarşısının alınması ilə əlaqədar 
görüləcək işlər barədə məlumat verib. Qeyd olunub ki, Tərtər Rayon İcra 
Hakimiyyəti başçısının 04.07.2023-cü il tarixli 89 nömrəli Sərəncamı ilə 
şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının 
vaxtında aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, dövlət şəhərsalma 
nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikinti işlərinin qarşısının alınması, 
habelə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin sadələşdirilmiş qaydada 
istismarına icazə verilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə Tərtər 
Rayon İcra Hakimiyyətinin işçilərindən məsul şəxslər təyin edilib və onlar 
arasında inzibati ərazi dairələrinin bölgüsü aparılıb. 

İclasda həmçinin yaşayış məntəqələrində  sakinlər tərəfindən fərdi evlərin və 
mənzillərin sığortalanması vəziyyəti də müzakirə olunub. Rayon rəhbəri 
ölkəmizdə icbari sığorta ilə əlaqədar qanunvericilik bazasının formalaşdırıldığını, 
əmlakın sığortasının vətəndaşların mənafelərinə cavab verdiyini, vətəndaşlar 
daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla fövqəladə hallarda riskləri 
minimuma endirmiş olduqlarını bildirib.

Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, 
Qarabağ Regional Şəhərsalma və Memarliq Baş İdarəsinin baş məsləhətçisi 
Zöhrab İsmayılov, Tərtrər RİH başçısı aparatında İctimai-siyasi və humanitar 
məsələlər şöbəsinin müdirinin müavini  Zabil Paşayev, rayon Polis Şöbəsinin 
İctimai təhlükəsizlik bölməsinin rəisi Mirhəmid Həşimov çıxış ediblər.

Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti qurumların 
rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Tarix: 6-07-2023, 18:06
Xəbəri paylaş





Xəbər lenti