Ziyəddin ziyanları: BİR-BİR İFŞA OLUR... - "Hələ bu qədər ziyan vuran icra başçısı olmamışdı"
"Qubanın keçmiş icra başçısı, başıma gətirilən oyunların, üstümə atılan şər-böhtanların müəllifi - Ziyəddin Əliyevin Qubada xeyli adamın adına güzəştli kredit alıb, özlərinə 10-15 min verib, yerdə qalanını mənimsədiyi barədə məlumatlar gəlir". DİA.AZ bildirir ki, bu iddia ilə əslən sözügedən bölgədən olan tanınmış jurnalist Cəmil Məmmədli çıxış edib.
C.Məmmədli daha sonra yazır: "Bütün hoqqalarını təqib edən adam kimi, əlimdəki faktlar onu deməyə əsas verir ki, bu adam çox güclü yerdən himayə olunur və mənimsədiyi pulların da guya həmin ünvanlara çatdığını deyir.
Azərbaycan dövlətinə, şimalda Qubaya və ümumilikdə regiona, hələ bu qədər ziyan vuran icra başçısı olmamışdı.
Şəmsəddin Xanbabayev nə etmişdisə, Xaçmaza etmişdi. Bu isə bütün regiona zərbə vurub.
Dolayısıyla mərkəzi hakimiyyətə, dövlətə və dövlətçiliyə sabotaj kimi qiymətləndirilə bilən, mərkəzi hakimiyyətə qarşı yerli sahibkarların və əhalinin narazılıq səviyyəsinin artmasına hesablanmış xüsusi "töhfələr" verib..." Dia.az
İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...