Tərtərin icra başçısı sakinləri qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə
vətəndaşları qəbul edib. Qəbulda 27 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri
və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Bu barədə yerli icra hakimiyyətindən xəbər verilib.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, həyətyani torpaq sahəsinin
ayrılması və sənədləşdirilməsi, pay torpaq sahələrinin suvarılması, məşğulluq mərkəzi
tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, dövlət və bələdiyyə torpağıdan
icarəyə torpaq sahəsinin ayrılması, həyətyani torpaq sahəsinin zəbt olunması, müalicə
olunmasına köməklik, içməli su ilə təmin olunma və digər şəxsi məsələlərlə bağlı
müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra
hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər
müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu
təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
bildiriblər.


Tərtərin icra başçısı sakinləri qəbul edib



Tərtərin icra başçısı sakinləri qəbul edib
Tərtərin icra başçısı sakinləri qəbul edib

Tarix: 11-07-2023, 14:44
Xəbəri paylaş





Xəbər lenti