YEVLAXDA METAL QƏBULETMƏ MƏNTƏQƏSININ SAHIBI İLHAM OĞRULARLA ƏLBIR OLUB? –VİDEO-FAKT
Məlumdur ki, SSRİ dövləti dağılan ərəfədə və həmin vaxtlardan daha bir neçə il sonra ən böyük biznes, məhz qara və əlvan metalların satışı biznesi oldu. Yəni, bir çox şəxslər zavod və fabriklərin avadanlıqlarını, troleyybus və dəmir yolu xətlərini, mis və alüminiumdan olan kabelləri, bir sözlə gözə görünən nə varsa onların hamısını “metallom” adı ilə ya xaricə, ya da ki, ölkə daxilində fəaliyyət göstərən bəzi metal qəbuletmə məntəqələrinə satmaqla milyonçuya çevrildilər. Hətta, elə vəzifə sahibləri də oldu ki, onlar yerin altından keçən mavi qaz və su turbalarını sökərək “metallom” adı ilə satışa çıxartdılar. Unutmaq olmaz ki, SSRİ dönəmində yerin altından keçən mavi qaz və su turbaları “iki” ədəd olurdu. Yəni, xətlərdən biri sıradan çıxırdısa, digər xətt işə düşürdü. Bütün bunlara baxmayaraq, illər keçdikcə bu gəlirli biznes sahəsi tədricən tənəzzülə uğradı və ölkə daxilində fəaliyyət göstərən və vətəndaşlardan təqribən bir neçə yüz, hətta 5-6 kq çəkidə olan metal tullantıları qəbul edən məntəqələrin fəaliyyətləri daha da genişləndi. Amma, onu unutmaq olmaz ki, bu cür metal tullantıları qəbul edən məntəqələrin fəaliyyətləri birbaşa qanunsuzluğa yollar açır. Məsələn, hansısa şəxs gedib hansısa həyətdən 10-15 kq metal oğurlayıb metal qəbulu məntəqəsinə satır və həmin vaxt məntəqəni işlədən şəxs araşdırmır ki, təhvil verilən metal hansə ünvandan və necə əldə olunub? Bu da müəyyən cinayət hadisələrinin baş verməsinə şərait yaradır. Faktdır ki, bu gün metal qəbuletmə məntəqələrində oğurluq yolu ilə əldə olunan metalları da qəbul edirlər. Digər tərəfdən, yeniyetmələr arasında elələri olur ki, onlar kabel xətlərini kəsirlər, bəzi ünvanlardan kondinsionerləri oğurlayırlar və oğurladıqlarını metal qəbuletmə məntəqələrinə təhvil verirlər. Bəli, bütün bunlar azyaşlıların daha çox oğurluq hadisələri törətmələrinə yollar açır. Onu da unutmaq olmaz ki, son illər bir çox şəhər və rayonlarda metal qəbuletmə məntəqələrinin fəaliyyət göstərmələri qəti şəkildə qadağa olunub. Çünki, metal qəbuletmə məntəqələrinin fəaliyyət göstərmələri, istənilən halda şəhər və rayonlarda baş verən oğurluq hadisələrinin artmasına yollar açır. O halda sual oluna bilər ki, görəsən Yevlax Avtovağzalına yaxın ərazidə İlham adlı şəxsə məxsus olduğu bildirilən metal qəbuletmə məntəqəsinin fəaliyyəti niyə qadağan olunmur? Bu haqda növbəti yazılarımızda.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Bizi izləməyi unutmayın.