Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu işğaldan azad olunmuş ərazilərdə torpaq tədqiqatlarına başlayıb



         İşğaldan azad olunmuş ərazilərimizə “Böyük qayıdışın” təmin edilməsi üçün 
Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə 
bərabər artıq bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlərə də 
başlanılıb.

Bu məqsədlə Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq 
və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev 
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim Məmmədovla görüşüb. 
Görüş zamanı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi fəaliyyəti və  
Tərtər rayonu ərazisində xüsusilə rayonunun işğaldan azad olunmuş ərazilərində 
torpaq tədqiqatları aparmaq məqsədi ilə  qarşılıqlı iş prinsipi  haqqında  
müzakirələr aparılıb. Həmçinin  Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi 
Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Tərtər rayonunun elmi tədqiqat 
müəssisələri arasında birgə əməkdaşlığın yaradılması, elmi  araşdırmaların 
təşkili məsələləri müzakirə olunub.
     Daha sonra ərazidə əkinə yararlı torpaqlarda bağaltı, taxılaltı sahələrindən  
torpaqların qiymətləndirilməsi məqsədi ilə analiz üçün torpaq nümunələri 
götürülmüşdür. Tərtər rayonunun Şıxarx qəsəbəsi və işğaldan azad olunmuş  
Çaylı kəndi  ərazisindən monitorinq məqsədi ilə torpaq nümunələri götürülmüş və 
ərazi vizual olaraq tədqiq edilmişdir.
Tarix: 13-07-2023, 19:05
Xəbəri paylaş





Xəbər lenti