“Heydər Əliyev İli-2023”: Tərtərdə Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi gün qeyd olunub


”Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 
Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli 
Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə 
dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər 
davam edir.

Tərtər Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin ilk dəfə 
hakimiyyətə gəlişi ilə bağlı: “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın 
təməlinin qoyulduğu gün” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-
mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri,  rayon Ağsaqallar 
Şurasının sədri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri 
düzüblər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərə həsr olunmuş kitab sərgisinə baxıb və onun 
həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Sonra tədbir “dəyirmi masa” ətrafında davam etdirilib.
Tədbirdə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş 
şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim 
Məmmədov “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən və keçiriləcək tədbirlərdən 
danışıb və  “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu 
gün” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, ölkəmizin çoxəsrlik dövlətçilik 
tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Ulu Öndərin Azərbaycanda 
birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü Azərbaycanın xilasının 
birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. 
Ulu Öndər hakimiyyətə gələndə ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən 
geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün 
tələblərinə cavab vermirdi. SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, 
ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə 
üz tuturdu.

Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə 
qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf 
etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu 
respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə 
qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə 
Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 
350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi 
həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 
aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa 
göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.

Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə Azərbaycanda Cəmşid Naxçıvanski 
adına Hərbi Məktəbin açılmasına nail olub. Həmin dövrdə bu məktəbin yaradılması 
Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi.

Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər 
guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Ümummilli Lider 
deyirdi: “Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və 
əməksevər  insanların  yaşadığı bir diyardır. “Ulu Öndərin 1969-cu ildə ilk dəfə 
hakimiyyətə gəlişindən sonra rayonumuzun ictimai-siyasi və iqtisadi həyatında böyük 
dəyişikliklər oldu. Həmin illərdə Tərtər 35-40 min ton pambıq verən, böyük maldarlığa 
malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli 
evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış 
binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı 
torpaq sahəsi verilib. Bundan başqa, rayonda 2000-ə yaxın işçi qüvvəsi olan 
Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 
nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal 
edən zavodlar istifadəyə verilib. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə 
Elektromexanika zavodunun açılışında iştirak edib, kənd təsərrüfatı işçilərinin 
müşavirəsini keçirib. Sərsəng su anbarının tikintisi ilə maraqlanıb və onun səyi 
nəticəsində inşası 5 ilə nəzərdə tutulmuş layihə cəmi bir il ərzində icra olunub. Ulu 
Öndərin diqqət və qayğısı ilə Tərtər rayonu inkişaf edib, gözəlləşib.

Rayon rəhbəri öz çıxışında Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə 
gələn zaman ölkədəki ictimai-siyasi vəziyyətdən, xaos və qarşıdurmadan, ölkəmizin 
parçalanmaq təhlükəsindən, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal 
edilməsindən, 20 Yanvar faciəsi, Xocalı soyqırımından da danışıb, Ulu Öndərin xalqının 
səsini bütün dünyaya çatdırdırdığını qeyd edib. Bildirib ki, 1993-cü il iyunun 15-də Ulu 
Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını 
qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, 
vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, 
Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı.

Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən 
səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda 
iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir 
texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal 
edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin 
açılmasına imkan verib. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu 
prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan 
Respublikasının yaradılmasına səbəb olub.
Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də 2001-ci il 
noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, milli 
həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə 
çevirməsidir.

Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən respublika Prezidenti 
İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır. 44 günlük Vətən 
Müharibəsində Ali Baş Komandan  Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız 
işğaldan azad edilib.

Sonra “dəyirmi masa”da Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayonu üzrə 
nümayəndəsi Ceyhun İsmayılzadə, Umudlu kənd tam orta məktəbinin direktoru Könül 
Hacıyeva, rayon icra hakimiyyəti yanında İctimai şuranın üzvü Orxan Mustafazadə çıxış 
ediblər.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırıb.
Tarix: 15-07-2023, 09:39
Xəbəri paylaş





Xəbər lenti