Rayon rəhbərinin Düyərli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının 
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi 
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və 
onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq 
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Düyərli 
kəndində keçirilib.
Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, 
ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını 
fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək 
dəstələri düzüb.
İcra başçısı ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, 
eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən, 
əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş 
həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən 
sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin 
köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına 
dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən 
işlər barədə məlumat verilib.
Bildirilib ki, Düyərli kəndinin 200 hektar ərazisi, 186 təsərrüfatı, 835 nəfər 
əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 
kitabxana, 3 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və 
maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qazvə içməli su ilə təmin 
olunub.
Sakinlər 350 baş iribuynuzlu, 440 baş xırdabuynuzlu heyvan, 369 baş quş, 
20 arı ailəsi saxlayırlar.
Son üç ildə Düyərli kəndinində 2 ədəd subartezian quyusu istifadəyə verilib, 
350 ədəd müxtəlif ağac əkilib, su arxları 300 m məsafədə lildən təmizlənib, 
kəndarası elektrik xətləri kabelləşdirilib, telefon və internet xətti ilə təmin 
olunub, kəndarası yollar təmir edilib, yol kənarları alaq otlarından 
təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış 
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin 
əlçatanlıq və üstünlüklərini qeyd edib vəhttps://rih.gov.az/platformasından 
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət 
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, 
bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu 
bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Elşad İsayev işlə təmin olunma, Pərviz Quliyev evinə 
işıq xəttinin çəkilməsinə köməklik, Məmməd Hümbətov evinin təmirinə 
köməklik, Köçəri Əliyev “Təley” arxının üzərindəki körpünün bərpa 
olunması, Cəsur Ağazadə dərman vasitələri ilə təmin olunmasına köməklik, 
Vaqif Ağayev içməli su ilə təmin olunma, Emin Nuruyev suvarma suyu ilə 
təmin olunma və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə 
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar 
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla 
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci 
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 21-07-2023, 09:19
Xəbəri paylaş





Xəbər lenti