Direktordan görünməmiş ekoloji cinayət – Ekologiyaya azı 2 milyon manat ziyan vurulub (FOTO, VİDEO)


11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində meşə torpaqlarının satılması ilə bağlı xəbər vermişdik. Bildirmişdik ki, Göytəpə meşəbəyiliyinin 12 saylı dolayında olan minlərlə kub metr torpaq satılıb.

SİAM.AZ bildirir ki, Cəlilabadın Ağdaş kənd sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi kəndin meşə ərazisində görünməmiş ekoloji cinayət edib. Belə ki, Ağdaş kəndindən Fətullahqışlaq kəndinə gedən 4 kilometrlik köhnə yol icazəsiz 2 metr enində genişləndirilib. Məqsəd 15 min kub metrdən çox meşə torpağını satmaq olub.

Sakinlər bildirir ki, 15 gündür meşə ərazisində yolun genişləndirilməsi prosesi aparılır. Qazılan torpaqlar Masallıdakı kərpic zavodlarına satılıb.

Kənd sakinlərinin sözlərinə görə, yol genişləndirilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarından heç bir icazə alınmayıb. Həmçinin, yol genişləndirilərkən yüzlərlə Qırmızı kitaba düşmüş dəmirağacı, azad və yemişan kimi agac növləri buldozerlə məhv edilib.

Yerli ekoloqların ilkin qiymətləndirməsinə görə, qanunsuz olaraq yolun genişləndirilməsi prosesində dövlətə 2 milyon manatdan çox ziyan vurulub.

Məsələnin ən ilginc tərəfi isə odur ki, Cəlilabadda yaşanan ekoloji cinayətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılsa da, hələlik heç bir tədbir görülməyib.

11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovun merkantil maraqlarına xidmət edən hadisənin görüntülərinin bir hissəsini təqdim edirik:

Ana Təbiətə ən azı 2 MİLYONLUQ ZİYAN...
Ana Təbiətə ən azı 2 MİLYONLUQ ZİYAN...
Ana Təbiətə ən azı 2 MİLYONLUQ ZİYAN...




Tarix: 21-07-2023, 23:03
Xəbəri paylaş





Xəbər lenti