Bərdədə bazarın fəaliyyəti dayandırılıb



 Bərdədə bazarın fəaliyyəti müvəqqəti dayandırılıb.
Əraziyə girişin qadağan olunmasına səbəb bazarın təhlükəsizlik standartlarına cavab verməməsidir.

 
Hazırda əraziyə Fövqəladə Hallah Nazirliyinin və hüquq mühafizə orqanlarının əməkdaşları nəzarət edir.
 
Sahibkarların "Report"a verdiyi məlumata görə, səbəb kimi, bazarda yanğın təhlükəsizliyi qaydalarının pozulduğu iddia edilir. Bazar ərazisində su anbarının, fözqəladə hal zamanı yanğınsöndürmə avtomobillərinin əraziyə giriş - çıxış yollarının olmaması, mağazalarda yanğın təhlükəsizliyi əlehinə tələb olunan şərtlərin pozulması göstərilir.
Tarix: 23-07-2023, 10:56
Xəbəri paylaş





Xəbər lenti