İcra başçısının nəzarətində olan müəssisənin külli miqdarda borcu üzə çıxdı - FOTO


Şəmkir Rayon İcra Hakimiyyətinin tabeliyində olan Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat sahəsinin dövlətə külli miqdarda vergi borcu olduğu məlum olub. 
Hürriyyet.az-ın əldə etdiyi məlumata görə, müəssisəsnin hazırda dövlətə 160 min manatdan çox  - dəqiqliyi ilə qeyd etsək 163 387.26 AZN vergi borcu mövcuddur. 
Şəmkir şəhər HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 5-də ünvanında qeydiyyatda olan sözügedən istehsalat sahəsi 14 saylı Ərazi Vergilər İdarəsində Vergi uçotuna alınıb. 
Qeyd edək ki,  Şəmkir rayon Kür Qəsəbə Mənzil Kommunal Təsərrüfat Təmir İstismar İstehsalat sahəsi rayonun icra başçısı Rəşad Tağıyevin bir başa nəzarətindədir.

Tarix: 26-07-2023, 17:47
Xəbəri paylaş





Xəbər lenti