İsmayıllı rayonu İstisu kənd sakinləri Prezidentə kəndin yol problemiylə bağlı müraciət etmişlər.
Bir nüsxəsi də SİAM.AZ-a göndərilən müraciətdə deyilir: Bu müraciəti imzalayan şəxslər İsmayıllı rayonu İstisu kənd sakinləriyik.İstisu İsmayıllı rayonundan 27 km aralıda yerləşən 4 tərəfi dağ çay və meşələr olan səfalı kənddir.Azərbaycanın dilbər guşəsi olan İstisu kəndinin yolu yoxdur. İndiyə kimi bu kəndə yol çəkilməyib.Bəlkədə Azərbaycanda ikinci belə bir kənd yoxdur ki, yolu olmasın.Yol feodal dövründə daşdan salınıb deyə üzərində nəinki avtomobilllə hətta piyada yerimək çox çətindir.Bu səbəbdən əhali çox əziyyət çəkir. Kəndin 1500 dən çox əhalisi 400 yaxın təsərrüfatı var. Kəndin məktəbi qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur. Ancaq biz sakinləri ən çox narahat edən problem yolun olmamasıdır. Kəndin əsas yolu cəmi 2 km uzunluğundadır.
Yolun olmamasına görə kəndə turistlər gələ bilmir. Ancaq İstisu bəlkədə təbiət gözəlliyinə görə Azərbaycanın gözüdür. Kəndin 4 tərəfi meşəli dağlardır, çay axır ,yayda havası xoş və daima sərin olur. Kəndə yol çəkilərsə turistlər axın edəcək.
Bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciətlər etmişik ancaq, hələ heç bir tədbir görülməyib.
Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar yaşayış məskənlərinə yollar çəkilib, insanların rahatlığı təmin olunub. Ancaq çox təəssüf olsun ki, İstisu kəndinə nəzər salınmır.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik bərbad vəziyyətdə olmasını nəzərə alıb İstisu kəndinə yol çəkliməsinə tapşırıqlar verəsiniz.
İmza; İsmayıllı rayonu İstisu kənd sakinləri
Babayev Mobil İsmayıl oğlu
Şükürov Vicad Arif oğlu
Zülfüqarov Rasim Seyfəd oğlu
Süleymanov Şakir Şahverən oğlu
Feyzullayev Firudin Məhəmməd oğlu
Səfərov Famil Məhəmməd oğlu
Əzizov Həbib Nəsurulla oğlu
Babayev Kazım Niftalı oğlu
Babayev Adil İsmayıl oğlu
Mahmudov Fərrux Feyruz
Babayev Ramiz Nazim oğlu
Rəhimov Vüqar Nizami oğlu
Musayev Xasay Xıdır oğlu
Babayev Rafik Niftalı oğlu
Əzizov Sərxan Nəsrulla oğlu
Babayev Təbriz Rafik oğlu
Siam.az
Tarix: 3-08-2023, 08:00