Ziya Məmmədov himayəmdəki iki əlil övladımı ac, məni işsiz qoyub-ŞİKAYƏT
Ucar rayonu Alpı kənd sakini Rüstəmov Mikayıl Əlisaab oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir:
"Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov vəzifəsindən sui-istifadə edərək rüşvət müqabilində mənim işlətdiyim traktorun üzərinə qanunsuz həbs qoyub. Buna görə əkinin qızğın bir vaxtında mən işsiz qalmışam.Hansı ki, himayəmdə iki əlil övladım var.
Belə ki, Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnsitutu Ucar Şirvan Təcrübə Stansiyasına məxsus Lova markalı traktoru 2020-ci il tarixdən işlədirəm. İdarənin dövlətə olan borcunun yerinə həmin Lova markalı traktorunun üzərinə həbs qoyulub.Hansı ki, idarədə Lovo traktorundan başqa yüzlərlə texnika və avadanlıqlar olduğu halda Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi rüşvət müqabilində İdarəsinin rəisi Qəhrəma Qəhrəmanovun sifarişi ilə mənim idarə etdiyim Lovo markalı traktorun üzərinə həbs qoymuşdur.Hansı ki, idarədə çoxlu sayda avadanlıqlar texnikalar var.İdarəinin 44000 manat borcu var mənim idarə etdiyim Lovo markalı traktorun isə 140 000 manat qiyməti var. Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnsitutu Ucar Şirvan Təcrübə Stansiyasının direktoru Qəhrəman Qəhrəmanov əvvəllər məhkum olunub indi isə idarənin əmlakını talan etməklə məşğuldur.Təkcə bu il götürdüyümüz 140 ton taxılı sataraq mənimsəyib. Əkinin qızıgın bir vaxtında Lovo markalı traktorun üzərinə sifarişlə həbs qoyulması cinayət əməli hesab olunur ki, bunu Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov etmişdir.
Mənim himayəmdə iki əlil övladım var.Mən Lovo markalı traktoru sürüb pul qazanıb ailəmi dolandırırdım.İki dələduz Ziya Məmmədov və Qəhrəman Qəhrəmanov əlbir olub dövləti içindən dağıdırlar.Onların fəaliyyəti obyektiv araşdırlarsa cinayət əməli ilə məşğul olmaları subut olunacaq. Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədovun qanunsuz fəaliyyəti nəticəsində Ucarda çoxlu sayda məhkəmə qətnamələri indiyə qədər icra olunmayıb.Çünki o borclu tərəfdən pul alıb onlar barədə heç bir tədbir görmür. Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnsitutu Ucar Şirvan Təcrübə Stansiyasının direktoru Qəhrəman Qəhrəmanov isə saxta sənəlrə tərtib etməklə idarənin əmlakını talan edir.
Xahiş edirəm hər iki vəzifəli şəxsin fəaliyyəti tam, hərtərəfli və obyektiv yoxlanılıb barələrində ciddi tədbirlər görəsiniz".
İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...