Xəbəral.az xəbər verir ki, bir neçə gün öncə Yevlax xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Belə ki, Yevlax rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxs(lər)i tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan artıq vəsaitin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.
Əslində ölkəmiz də başlanılan bu cür cinayət işləri korrupsiyanın rüşvətin qarşısını almaq üçün nizamlanmış uğurlu bir hadisədir.
Amma bununla yanaşı bu cür rüşvətxorluğun əvvəlinin həmin dövlət idarəsində kimlər tərəfindən başlandığının fərqinə varmaq çox gözəl olardı. Məsəlüçün bir neçə il öncə Yevlax rayon eks icra başçısı Qoca Səmədov DTX tərəfindən rüşvətə görə həbs olunması buna baris nümunədir. Həmdə bu cür həbslər ölkə ictimaiyyəti tərəfindən böyük alqışla qarşılandı.
Məsələ burasındadır ki, 2018-2021-ci ildə Yevlax Mərkəzi xəstəxanasında kadrlar şöbəsinin müdiri vəzifəsində işləyən Emin Xasıyev indi Təbib də yüksək vəzifədədir.
Yani Yevlax xəstəxanasında baş verən rüsvətxorluq indinin işi deyil.
İllər öncə işə adı işdə olub özü işdə olmayanlar və digər özbaşınalıqlar məhz Emin Xasıyevin dövründən vüsət aldığı danılmaz faktlardan biridir.
Xatırladaq ki, Emin Xasıyev hazırda Tibb müəssisələrinin kadr idarəetməsi şöbəsinin müdiri vəzifəsində çalışır.
Bundan öncə isə adına Respublika Klinik Xəstəxanasında kadrlar şöbəsinin müdiri olub. Emin Xasıyevin dövründə də həmin xəstəxanada yeyintilər baş vermişdi.
Əldə etdiyimiz məlumata görə, Emin Xasıyevin bu boyda maxinasıyaları qarşılıgında yenidən yüksək vəzifəyə təyin olunması onun Təbib sədri Vüqar Qurbanovla yaxın dostluğundan xəbər verir.Tam aydın məsələdir ki, bölgələrdə o cümlədən paytaxt Bakı xəstəxanalarında belə qeyri-rəsmi işə götürülənlər çoxdur. Təbii ki, xəstəxana rəhbərliyi götürdüyü hər qanunsuz işçinin xalasının qara gözünə aşiq olduğuna görə deyil, tam başqa məqsədlə bu əməli törədir.
Xəstəxanalar da baş verən bu kimi qanunsuz işlərdən TƏBİB sədri Vüqar Qurbanovun xəbəri varmı deyə bilmərik.
Bir onu deyə bilərik ki, bu gün səhiyyə sistemində böyük problemlər mövcuddur.Ən əsası kadrlar seçimində.
Bizim Emin Xasıyevlə heç bir problemimiz yoxdur. Bu yazını yazmaqda məqsədimiz odur ki, hal-hazırda Yevlax səhiyyəsində prokurorluq orqanları tərəfindən araşdırılmar başlanılıb. İnanmırıq ki, Emin Xasıyev Yevlax səhiyyəsində kadrlar şobəsində işləyərkən orada işə götürmələrdə və digər işlərdə maxinasıyaları olmayıb.
Hər şey istintaqdan sonra bəlli olacaq.
Bizim üzərimizə düşən gözləməkdir.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
Xəbəral.az
Tarix: 8-08-2023, 11:09