Tərtər rayonunda psixi sağlamlıq barədə təlim və maarifləndirmə kampaniyaları təşkil olunub

Tərtər rayonunda psixi sağlamlıq barədə təlim və maarifləndirmə kampaniyaları təşkil olunub
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi Sağlamlıq
Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və
Transformasiyası” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) Azərbaycandakı Ölkə Ofisi Tərtər Rayon İcra Hakimiyyəti və Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə avqustun 7-də Tərtər
rayonunda yaşayan əhali arasında maarifləndirmə kampaniyası təşkil edib.
Bu barədə Siam.az-a yerli RİH-dən xəbər verilib.

Kampaniyanın məqsədi əhalinin psixi sağlamlıq və psixososial dəstək
ehtiyacları haqqında, habelə münaqişələrin bitməsindən sonra belə
şəxslərin və icmaların psixi sağlamlığına və rifahına təsiri haqqında
məlumatlılığı və bilikləri artırmaq və bu sahədə mövcud olan stiqmaları
azaltmaqdır. Eyni zamanda TƏBİB psixoloqları tərəfindən məişət zorakılığı
ilə mübarizənin gücləndirilməsi, gənclərin sağlam həyat tərzi (narkomaniya,
tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-
infeksion xəstəliklərin profilaktikası), həmçinin 18 yaşınadək əlilliyi müəyyən
edilmiş, habelə sağlamlıq məhdudluğu olan uşaqların valideynlərinin təməl
psixoloji bilik və bacarıqlarının artırılması mövzularında maarifləndirici
söhbətlər aparılmışdır.

Həmçinin stress, depressiya, təşviş və post-travmatik stress pozuntusu kimi
psixi sağlamlıq halları, eləcə də mübarizə mexanizmləri haqqında məlumat
əldə etmək istəyən əhali üçün psixoloqlarla ödənişsiz görüşlər təşkil
olunub.

Tərtər rayonunda psixi sağlamlıq barədə təlim və maarifləndirmə kampaniyaları təşkil olunub

Tarix: 8-08-2023, 18:51
Xəbəri paylaş





Xəbər lenti